Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində, Kür çayının sahilində yanğın hadisəsi qeydə alınıb.
Â
Senzor.az-ın məlumatına görə, hadisə vətəndaşlara məxsus açıq sahədə anidən başlayıb.
Â
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4, Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Â
Yanğın nəticəsində təxminən 300 hektara yaxın quru otlaq və kol-kos sahəsi yanıb. FHN əməkdaşlarının operativ müdaxiləsi sayəsində ərazidə yerləşən vətəndaşlara məxsus fermalar alovdan qorunub.
Â
Hadisə ilə bağlı araşdırma aparılır.