EN

Şimali Koreya lideri Ukraynaya qarşı döyüşən hərbçiləri təltif edib

Şimali

Şimali Koreya (KXDR) lideri Kim Çen In Rusiyanın Kursk vilayətinin ukraynalı yaraqlılardan azad edilməsi əməliyyatında iştirak edən Koreya Xalq Ordusunun (KXQ) komandir və əsgərlərinə dövlət mükafatlarının təntənəli təqdimat mərasimi keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə KXDR Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Kim Çen In həlak olan hərbçilərin ailələri ilə ayrı-ayrılıqda görüşüb, onlara başsağlığı verib və dəstəyini bildirib.

Mükafatlandırma mərasimində KXDR-in xaricdəki əməliyyat qüvvələrinin şəxsi heyəti adından KXO xüsusi təyinatlılarının komandanı, general-polkovnik Kim Yonq Bok çıxış edib.

ELÇİN
Chosen
38
1
reyting.az

2Sources