EN

DGK-nın Mərkəzi Hospitalının tenderi ləğv olundu

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Camaşır qurutma avadanlığının alınması və quraşdırılması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

 

Tenderin dəyəri 15 425 AZN olub. Qurum yenidən satınalma həyata keçirəcək.

 

Cabir

Tarix: 22 Avqust 2025, 08:01   
Chosen
12
pravda.az

1Sources