EN

Kolumbiyada aviabaza yaxınlığında terror hücumu: 5 nəfər həlak olub...

Partlayış nəticəsində onlarla insan yaralanıb, hakimiyyət fövqəladə tədbirlər görür...

Poliqon xəbər verir ki, Kolumbiyanın Kali şəhərində Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında baş verən güclü partlayış nəticəsində azı 5 nəfər həyatını itirib, 36 nəfər isə yaralanıb. Hadisə barədə şəhərin meri Alehandro Eder açıqlama verib və baş verənləri “narkoterrorçuların hücumu” adlandırıb.

Ederin sözlərinə görə, partlayış bazanın yaxınlığında yerləşən yük maşınında baş verib. Şəhər hökuməti bildirib ki, bütün xilasedici xidmətlər dərhal hadisə yerinə cəlb olunub və yaralılara tibbi yardım göstərilir.

Şəhər meri həmçinin terror aktına görə məsuliyyət daşıyan şəxslərin tapılmasına kömək edəcək məlumat üçün mükafat təyin edib. Bundan əlavə, təhlükəsizlik məqsədilə yük maşınlarının şəhərdə hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Kolumbiya hakimiyyəti hücumun təşkilatçılarını müəyyənləşdirmək üçün təhqiqat başladıb. Yerli mediası yazır ki, bu partlayış ölkədə narkotik kartellərinin fəaliyyətinin artması fonunda baş verib və hökumət buna qarşı mübarizəni sərtləşdirəcəyini bəyan edib.

Poliqon.info

Chosen
117
poliqon.info

1Sources