EN

Göyçayda avtomobil kanala düşdü -4 yaşlı uşaq ölümdən döndü

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az  xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay rayonunun Alxasava-Dövranlı yolunda qeydə alınıb. Rayon sakini Rəsul Cavadovun idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq Şirvan su kanalına düşüb.

Nəticədə, avtomobildə olan azyaşlı, 2021-ci il təvəllüdlü F.Cavadzadə suya düşərək boğulma riski yaranıb.

O, xəstəxanaya yerləşdirilib.

Chosen
60
13
redaktor.az

10Sources