EN

Ağdərədəki yanğın Ağdam ərazisinə keçdi

  Ağdərədə baş verən yanğın genişlənərək Ağdam ərazisinə keçib.

Referans Teleqraf-a istinadla xəbər verir ki, bu gün səhər saatlarından Ağdərə şəhər ərazisində dağlıq ərazidəki meşə massivində baş verən yanğının alovu genişlənərək Ağdam rayon Papravənd kəndi ərazisinə çatıb. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin 2 avtomobili ilə əməkdaşları və Ağcabədi rayon yanğınsöndürən bölməsinin 1 avtomobili və şəxsi heyyətinin cəlb olunub.

Hazırda yanğın genişlənməkdə davam edir.  

Chosen
48
10
referans.az

10Sources