EN

Britaniya İsrail səfirini nazirliyə çağırdı

ain.az bildirir, Metbuat portalına istinadən.

Böyük Britaniya İsrailin Londondakı səfiri Tzipi Hotoveli Xarici İşlər Nazirliyinə çağırıb.

Metbuat.az xəbər verir ki, buna səbəb İsrailin Fələstin ərazilərinin işğalını genişləndirəcək “E1 Layihəsi”ni təsdiqləməsidir. Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, səfir İsrail Yüksək Planlaşdırma Komitəsinin Qüdsün şərqindəki E1 bölgəsində məskunlaşma planlarını təsdiqləmə qərarına cavab olaraq çağırılıb. Açıqlamada bildirilir ki, Böyük Britaniya və 21 beynəlxalq tərəfdaş bu qərarı sərt şəkildə qınayıb.

Açıqlamada, “Əgər həyata keçirilsə, bu məskunlaşma planları beynəlxalq hüququn açıq şəkildə pozulması olacaq və iki dövlətli həlli ciddi şəkildə sarsıdacaq” - deyə bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
1
metbuat.az

8Sources