EN

Ruzanna Məmmədova dünya ikincisi oldu FOTO

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

Gununsesi.info xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.

Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb. Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı boynundan asıb.

Bununla da cari mundialda medallarımızın sayı 5-ə çatıb. Xatırladaq ki, daha öncə Vasif Bağırov (57 kiloqram), Nurlan Ağazadə (70 kiloqram), Yusif Dursunov (125 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc medal qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
14
icma.az

10Sources