EN

ABŞ 13 şirkəti İrana qarşı sanksiyalar siyahısına əlavə edib

Birləşmiş Ştatlar İrana qarşı sanksiya siyahılarını 1 fiziki şəxs, 13 şirkət və 8 tankerlə genişləndirib.

Operativ Media xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər "bir neçə il İran nefti və neft məhsullarının tədarükünü asanlaşdırdığı" iddia edilən Yunanıstan vətəndaşı Antonios Marqaritisə tətbiq olunub. Sanksiya siyahısına Çin, BƏƏ və Marşal adalarında yerləşən hüquqi şəxslər, Panama, Kuk adaları, Honq-Konq, Qambiya, San-Tome və Prinsipi, Antiqua və Barbuda bayraqları altında fəaliyyət göstərən tankerlər də daxildir.

ABŞ Maliyyə Nazirliyi iddia edir ki, İranın enerji təchizatına yardım İrana “mütərəqqi silahlar” hazırlamaq üçün gəlir əldə etməyə kömək edir. Dövlət Departamenti izah edib ki, sanksiya siyahısına Çində “milyonlarla barel İran neftinin qeyri-qanuni daşınmasına şərait yaradan” iki terminal və anbar operatoru daxildir.

Sanksiya siyahısına daxil edilmək ABŞ-dəkı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıya alınmış şəxslərlə iş aparmasının qadağan edilməsi deməkdir.

Chosen
19
11
operativmedia.az

10Sources