EN

Azərbaycan güləşçiləri dünya çempionatında bu medalları qazana bilər

Azərbaycan güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazana bilər.

Azreform.info  xəbər verir ki, yunan-Roma güləşçilərimizdən Ayxan Cavadov (60 kq) misirli Ahmed Şabana və polşalı Qrasyan Jeduta 9:0 hesabıyla qalib gəldikdən sonra türkiyəli Ömər Altaş üzərində inamlı qələbə qazanıb – 8:3.

Ayxan yarımfinalda isə gürcüstanlı Vaxtanq Loluanı “tuş”la xalçadan məyus yola salıb. Cavadov sabah finalda ermənistanlı Yurik Mxitaryanla güləşəcək.

Elmin Əliyev (82 kq) ukraynalı Kirilo Şnirovu 11:4 hesabıyla mübarizədən kənarlaşdırsa da, 1/8 finalda rusiyalı Avropa və dünya çempionu Mixail Şkarinlə bacarmayıb – 0:8. Rəqib finaladək irəlilədiyi üçün Elmin sabah təsəlliverici görüşə çıxacaq.

Qadın güləşçilərdən Zəhra Kərimzadə (72 kq) 1/8 finalda çinli Yuqi Liuya məğlub olub – 0:10. Rəqib finala yüksəldiyi üçün Zəhra sabah təsəlliverici görüşə çıxacaq.

 

 

Chosen
49
5
azreform.info

6Sources