EN

"Qəbələ" yoxlama oyununda qalib gəldi

style='margin-bottom:10px;'>

“Qəbələ” bu gün yoxlama oyunu keçirib.

QOL.az xəbər verir ki, Kaxaber Sxadadzenin çaışdırdığı komanda 1-ci liqa təmsilçisi MOİK-lə qarşılaşıb. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qırmızı-qaralar"ın heyətində qolları İsaak Amoah, Domi Massoumou və Elşad Tağıyev vurub. 

Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasının 1-ci turunda “Karvan"la heç-heçə edib – 1:1. Komanda avqustun 25-də 2-ci turun oyununda "Zirə"ni qəbul edəcək.

Chosen
41
5
teleqraf.com

10Sources