EN

Böyük Britaniya İranın neft maqnatı və dörd şirkətinə qarşı sanksiya tətbiq edib

Britaniya İrana qarşı sanksiya rejimi çərçivəsində bir şəxsə və dörd quruma qarşı sanksiyalar tətbiq edib və bildirib ki, onlar Tehranın xarici fəaliyyətlərini, o cümlədən Ukrayna və İsraildə “sabitliyin pozulmasını” dəstəkləyən şəbəkənin bir hissəsidirlər.

Operativ Media xəbər verir ki, bu haqda Britaniya XİN-in yaydığı bəyanatda qeyd edilib.

Xarici İşlər Nazirliyinin bəyanatına görə, sanksiyalar İranın neft maqnatı Məhəmməd Hüseyn Şamxani və gəmiçilik, neft-kimya və maliyyə sektorlarında fəaliyyət göstərən dörd şirkətin aktivlərinin dondurulmasını əhatə edir

Chosen
41
2
operativmedia.az

10Sources