EN

“Ezel”in “Ramiz dayı”sı SAXLANILDI FOTO

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İstanbulun Beyoğlu rayonunda "Ezel" serialında Ramiz dayının gəncliyini canlandıran aktyor Ufuk Bayraktar polis tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, iddialara görə, o, ötən həftə beş nəfərlə birlikdə bir restorana daxil olaraq, restoran sahibindən "Buraya çökəcəyik, sizi qoruyacağıq, hər həftə 25 min TL verəcəksiniz" sözləri ilə pul tələb edib.

Xəbərdə qeyd olunur ki, tələb qəbul olunmayanda Bayraktar ertəsi gün restorana yenidən gedərək istədiyi məbləği 10 min TL-yə endirib. İkinci gəlişi zamanı restoran işçiləri polisə məlumat veriblər. Əməliyyat nəticəsində Ufuk Bayraktar saxlanılıb və hazırda polis bölməsində istintaq prosedurları davam etdirilir.

Yayılan görüntülərdə Bayraktarın restoran sahibini "Səni vuracağam" deyə hədələdiyi də əks olunub.

Ufuk Bayraktar kimdir?

Ufuk Bayraktar 12 sentyabr 1981-ci ildə İstanbulda doğulub. Cihangirdə ailəsinə məxsus "Firuzağa" qəhvəxanasında işləyərkən rejissor Zeki Demirkubuz tərəfindən kəşf olunub. Kino karyerasına "Bekleme Odası" və "Kader" filmləri ilə başlayıb. Daha sonra "İklimler", "Yumurta", "Ali'nin Sekiz Günü" və "Ezel" serialında Ramiz dayının gəncliyini canlandırmaqla tanınıb. Həmçinin "Dağ", "Dağ II" və "Vatanım Sensin" layihələrində də iştirak edib.

Keçmiş cinayət hadisələri

Bayraktar 2007-ci ildə baş vermiş hadisəyə görə 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə isə bir qadına şüşə ataraq xəsarət yetirmək və bir gəncə hücum etmək səbəbindən yenidən saxlanılmışdı.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
3
news.milli.az

4Sources