EN

Amerikalı sənətçi göz yaşı tökdü: "Artıq yata bilmirəm"

Amerikalı sənətçi Blakeley Jolliff sosial media hesabında paylaşdığı videoda Qəzzada baş verən hadisələrə görə göz yaşları içində çağırış edib.

Publika.az xəbər verir ki, Jolliff Qəzzadakı humanitar böhranı “qeyri-insani bir pislik” və “məcburi aclıq” kimi qiymətləndirib.

O, insanların orada gecələrini necə keçirdiklərini bilmədiyini və artıq özünün də yata bilmədiyini bildirib:

“Hər gün yüzlərlə fələstinli yemək axtararkən öldürülür. Bu günahsız uşaqların və heyvanların belə əziyyət çəkməsinə necə icazə verə bilərik? Bu humanitar böhran deyil, məcburi aclıqdır. Onlar insanları acından öldürürlər. Axırıncı hava hücumlarından olan fotoları niyə gizlətdilər? Niyə insanların bunu görməsini istəmirlər? İnsanların belə ölməsinə necə göz yuma bilərik?”.

Chosen
55
publika.az

1Sources