EN

Mərkəz tibbi oksigen qazı alışına 1,7 milyon manat ayırdı

BAKI, 21 avqust. TELEQRAF

"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tibb müəssisələri üçün "Tibb Texnikasının Təmiri Zavodu" Açıq Səhmdar Cəmiyyətindən 955 min 866 ədəd tibbi oksigen qazı alacaq.

Teleqraf xəbər verir ki, Mərkəz bunun üçün 1 milyon 748 min 278 manat vəsait xərcləyəcək.

Şirkətlər arasında bağlanan müqavilənin şərtlərinə əsasən, Mərkəz tibbi oksigen qazlarının alışını 2026-cı ilin avqustuna qədər davam etdirəcək.

Qeyd edək ki, "Tibb Texnikasının Təmiri Zavodu" ASC-nin qanuni təmsilçisi Vəliyev Cavanşir Möhübət oğlu, nizamnamə kapitalı isə 1 milyon 850 min manatdır.

Chosen
7
teleqraf.com

1Sources