EN

Meksika millisinin üzvü “Fənərbağça”da

Türkiyənin “Fənərbağça” komandası yeni futbolçu transfer edəcək.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabrirtsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, İstanbul təmsilçisi İngiltərənin “Vest Hem” komandası ilə Edson Alvaresin icarəyə götürülməsi üçün razılığa gəlib.

O, qarşıdakı mövsümdə “Fənərbağça”nın şərəfini qoruyacaq. Türkiyə nəhəngi müqavilədə göstərilən təzminat məbləğini ödəyərək, futbolçunu birdəfəlik transfer etmək hüququna sahib olacaq.

Qeyd edək ki, Meksika millisinin yarımmüdafiəçisi “Vest Hem”ə 2023-cü ildə Niderlandın “Ayaks” klubundan keçib.

Chosen
43
unikal.az

1Sources