Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Rostov vilayətindəki Novoşaxtinski neft məhsulları zavoduna və Voronej vilayətindəki yanacaq-sürtkü materialları bazasına zərbə endirildiyini bildirib.
Bakues.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Həmçinin Ukrayna Silahlı Qüvvələri Donetskdə Rusiya ordusunun logistika bazasını və pilotsuz uçuş aparatları anbarını vurub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hədəfə zərbədən sonra çoxsaylı partlayışların baş verdiyini bildirib.