EN

"Səhvlərimizdən nəticə çıxarmalıyıq" - Kristian Avram

style='margin-bottom:10px;'>

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın QOL.az saytına müsahibəsi

- Premyer Liqada yeni mövsümə bir xalla (1:1) başladınız. “Zirə” ilə görüş barədə nə deyə bilərsiniz?

- Çətin oyun alındı. Matça yaxşı başlamasaq da, rəqibə kifayət qədər çətinlik yaratdıq. Qələbə də qazana da bilərdik, uduza da. Yekunda heç-heçə ilə kifayətləndik. Rəqibin güclü olduğunu nəzərə alsaq, bir xal başlanğıc üçün pis nəticə deyil.

- “Zirə”nin qol vurduğu epizodu necə şərh edərdiniz? Nə baş verdi ki, İssuf Paro topu rəqibə hədiyyə etdi?

- Bilmədim nə baş verdi. Amma futbolda belə hallar olur. Bu cür vəziyyətlərdə bir-birimizə dəstək olmalıyıq.

- “Omoniya”ya iki ardıcıl məğlubiyyətdən sonra çempionata köklənmək nə dərəcədə çətin idi?

- Əlbəttə, uduzmaq üzücüdür. Lakin gələcəyə baxmalıyıq. Artıq çempionat başlayıb. İndi yalnız irəli getməliyik.

- İki oyunun cəmində “Ominiya”ya 0:9 hesabı ilə uduzdunuz. Həqiqətən Kipr klubu ilə “Araz-Naxçıvan” arasında fərq belə böyükdür?

- “Omoniya” güclüdür. Lakin indi bu barədə nəsə demək əhəmiyyət kəsb etmir. Bu haqda düşünməməliyik. Dediyim kimi, artıq yalnız irəli baxmalıyıq.

- Növbəti turda daha bir iddialı – “Turan Tovuz”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Asan olmayacaq. İlk növbədə bərpa olmalıyıq. “Turan Tovuz”la matça ciddi hazırlaşırıq. Səhvlərdən nəticə çıxarmalıyıq. Çatışmazlıqları yoluna qoymalı, daha yaxşı oynamalıyıq.

- İlk turun digər oyunlarını izlədiniz? Sizin üçün hansısa gözlənilməz nəticə qeydə alındı?

- Oyunlara tam baxmamışam. Lakin icmalları izləmişəm. Qeyri-adi nəsə yoxdur. Mövsümün əvvəli belə olur. İlk turda heç kim çempionata 100 faiz olmur. Oyun ritmini tutmaq üçün bir qədər zamana ehtiyac var. Çempionatın gedişində sürət yığacağıq. Digərləri barədə çox düşünmürük. Hər komandanın öz məqsədi var. Məni daha çox “Araz-Naxçıvan” maraqlandırır.

- Bəs “Araz-Naxçıvan”ın cari mövsümdəki hədəfi nədir?

- Məqsədimiz üst pillələrdə qərarlaşmaq və yenidən avrokuboklara vəsiqə qazanmaqdır.

Chosen
4
1
teleqraf.com

2Sources