EN

Böyük Britaniyada hotellərdə yeləşdirilən sığınacaq axtaranların sayı 8 faiz artıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

London, 21 avqust, AZƏRTAC

Böyük Britaniya Daxili İşlər Nazirliyinin yeni statistik məlumatlarına əsasən, ölkədə hotellərdə yerləşdirilən sığınacaq axtaranların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb.

AZƏRTAC xəbər verir ki, 2025-ci ilin iyunun sonuna bu rəqəm 32 min 059 nəfər təşkil edib. Ən yüksək göstərici isə 2023-cü ilin sentyabrında qeydə alınıb. Həmin vaxt hotellərdə 56 min 042 nəfər yerləşdirilmişdi. Nazirliyin məlumatına görə, son bir il ərzində ölkədə rekord sayda - 111 min sığınacaq müraciəti edilib. Bu, 2002-ci ildə qeydə alınmış 103 minlik əvvəlki pik göstəricini üstələyib.

Eyni zamanda, ötən ilin iyununa qədər olan dövrdə qanunsuz yollarla Britaniyaya gələnlərin sayı da artıb. Rəqəmlər göstərir ki, ümumilikdə 49 min nəfər qeyri-qanuni yollarla ölkəyə daxil olub, bu da əvvəlki illə müqayisədə 27 faiz çoxdur. Onların 88 faizi kiçik qayıqlarla gəlib. Bildirilib ki, kiçik qayıqlarla gələnlər arasında əfqanlar çoxluq təşkil edir.

Qeyd edək ki, sığınacaq axtaranların hotellərdə yerləşdirilməsi ilə bağlı mübahisələr davam edir. Bu həftə Ali Məhkəmə Epping bölgəsində yerləşən bir hoteldə miqrantların qalmasının dayandırılması barədə yerli bələdiyyənin müraciətini təmin edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
2
azertag.az

3Sources