EN

Hökümə Əliyevanın ailəsi Kəlbəcərə köçdü

Kəlbəcərə ilk köç edən sakinlər arasında Milli Qəhrəman Hökümə Əliyevanın ailə üzvləri də var.

Heftelik.az xəbər verir ki, bu barədə APA-nın Qərb bürosuna Hökümə Əliyevanın atası, Kəlbəcər sakini Cəlil Alıyev bildirib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Chosen
18
2
heftelik.az

3Sources