EN

FTX Azərbaycan vətəndaşını belə saxladı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşı Yadulla Ramiz oğlu Rufullayev Dağıstanda sərhədi keçməyə çalışarkən Rusiya FTX tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, faktla bağlı FTX-nin Dağıstan üzrə İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276.1-ci ("Rusiya Federasiyasının təhlükəsizliyinə bilə-bilə qarşı yönəlmiş fəaliyyətdə düşmənə kömək göstərmə") maddəsi ilə cinayət işi açıb. Bu maddə ilə cəza 15 ilə qədər həbsdir.

Hazırda cinayətin təşkilində və törədilməsində iştirak edən bütün şəxslərin müəyyən edilməsi, habelə onu sifariş edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Chosen
26
4
axar.az

7Sources