EN

Selena ana olmaq istəyir

Selena Qomez ana olmaq arzusu ilə bağlı danışıb. 

OLAY yazır ki, sənətçi  “Harper’s Bazaar”a verdiyi müsahibədə daha əvvəl öz uşağını daşıya bilməyəcəyini açıqlamasına baxmayaraq, bir gün ana olmaq ümidi ilə yaşadığını deyib:

“Daşıyıcı ana və ya övladlığa götürmə kimi seçimlərin mövcudluğu mənim üçün böyük bir şansdır. Ana olmaq istəyənlər üçün müxtəlif yolların olması məni çox sevindirir. Mən də onlardan biriyəm. Bu yolun necə olacağını maraqla gözləyirəm, amma bir az fərqli olacaq. Günün sonunda fərqi yoxdur. O, mənim körpəm olacaq”.

Chosen
5
1
olay.az

2Sources