EN

Corat qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib

Sumqayıt şəhəri, Corat qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib. 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinin yardımçı tikilisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 m² olan yardımçı tikilinin təsərrüfat otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Yardımçı tikilinin qalan hissəsi və fərdi yaşayış evi yanğından mühafizə olunub.

Chosen
45
2
operativmedia.az

10Sources