ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
"Kimsə hansısa səbəbdən Qarabağa köçübsə, qapısını bağlayıb, gedib başqa yerdə yaşayırsa, ona qarşı lazımi tədbir görülməlidir".
Yenisabah.az prabda.az-a istinadla xəbər verir ki, deputatı Elman Məmmədov bildirib.
O, Qarabağda evi olduğu halda, başqa yerdə yaşayan sakinlərin evlərinin əllərindən alınacağı barədə iddialara münasibət bildirib: Pepperoni pizza
“Xocalı şəhərinə, Təzəbinə, Ballıca, Xanyurdu kəndlərinə köç olub. Köçürülən insanlar hazırda öz evlərində yaşayırlar. Ola bilər digər yerlərdə sözügedən hal var. Axı biz uzun illər doğma yurd-yuvamıza qayıtmaq həsrəti ilə yaşamışıq, çoxsaylı şəhidlər vermişik. Şəhidlərimizin qanı, canı hesabına torpaqlarımızı azad etmişik.
Bu insanlar indi yenidən Qarabağdan geri qayıdırlarsa, onlara heç cür haqq qazandırmaq olmaz. Belə hal var varsa, pislənməli, tədbir görülməlidir. Evləri əllərindən alınmaqdansa, Qarabağda yaşamalarına nəzarət etmək daha yaxşı olar. Köçürülən insanlar işlə təmin edilməlidirlər. İşsiz, ehtiyac içində qalmamalıdırlar. Vaxtaşırı mətbuatda məlumatlar işıqlandırılır ki, Qarabağda əhalimizə yaşayış üçün evlər tikilməklə bərabər iş yerləri də yaradılır. Yəni şərait var. Kimsə hansısa səbəbdən Qarabağa köçübsə, qapısını bağlayıb, gedib başqa yerdə yaşayırsa, ona qarşı lazımi tədbir görülməlidir. Belə insanlara heç cür haqq qazandırmaq olmaz”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.