EN

Müayinəyə gələn hamilə Naxçıvan Perinatal Mərkəzində vəfat edib

Naxçıvan şəhərində müayinəyə gələn hamilə Perinatal Mərkəzdə vəfat edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  1999-cu il təvəllüdlü Teymurova Aysel Taleh qızı Naxçıvan Perinatal Mərkəzinə müayinə üçün gəlib.

Hamilənin anidən halı pisləşib. Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı qadını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Chosen
50
39
heftelik.az

10Sources