EN

SOCAR qeyri-sabit hava şəraiti ilə bağlı istehsalatda təhlükəsizliyi gücləndirib

Avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli, qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azneft"dən qeyd edilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib.

Chosen
27
17
far.az

10Sources