EN

Gəncədən gəlib Bakıda tutulan Avakyan: “Mənə tərcüməçi lazım deyil

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Artur Avakyanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Artur Avakyan Gəncə şəhərində anadan olub, Bakının Xəzər rayonunda yaşayıb.

Artur Avakyan bildirib ki, məhkəmə tərəfindən təklif edilən tərcüməçiyə ehtiyacı yoxdur: “Cənab hakim, mən Gəncədə böyümüşəm və Azərbaycan dilində səlis danışa bilirəm. Mən azərbaycanlıyam, bununla fəxr edirəm. Azərbaycan məhkəməsinin ədalətinə də güvənirəm”.

Həmçinin oxuyun:

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

Prosesdə işin məhkəmə baxışına verilməsi qərara alınıb.

Növbəti məhkəmə prosesi sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, Artur Avakyan Bakı ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiaham irəli sürülüb.

Onun barəsində ilkin istintaq dövründə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
5
globalinfo.az

10Sources