EN

Süd qəbulu məntəqəsinin fəaliyyəti də MƏHDUDLAŞDIRILDI

Yazını böyüt
Yazını kiçilt

Masallıda süd qəbulu məntəqəsində qida təhlükəsizliyi tələbləri pozulub.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat yayıb. Bildirilib ki, daxil olan müraciət əsasında AQTA əməkdaşları Masallı rayonunun Təzəkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Rasim Fazil oğlu Məmmədova məxsus süd qəbulu məntəqəsində yoxlama aparıblar.

Baxış zamanı məntəqədə normativ hüquqi aktların və sanitar-gigiyenik qaydaların tələblərinin pozulduğu aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Chosen
36
5
hafta.az

8Sources