EN

İqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Məlumdur ki, ölkə başçısının Amerika Birləşmiş Ştatlarına səfəri təkcə Azərbaycan–Ermənistan münasibətləri və sülhün əldə edilməsi baxımından deyil, həm də Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyan bir səfər oldu". Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Trampın 2025-ci ildə yenidən ABŞ prezidenti seçilməsindən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün real perspektivlər yaranmışdı ki, bu da ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün imkanlar açırd: "Əslində bu təbiidir, çünki xüsusilə iqtisadi, ticarət, enerji, investisiya, nəqliyyat-tranzit və sənaye sahələrində əməkdaşlığın inkişafı həm Azərbaycanın, həm də Amerika Birləşmiş Ştatlarının maraqlarına tamamilə cavab verir.

Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə əldə olunan razılaşmalar, Azərbaycan Respublikası hökuməti ilə ABŞ hökuməti arasında strateji tərəfdaşlıq xartiyasının inkişafı məqsədilə strateji işçi qrupunun yaradılması barədə anlaşma memorandumunun imzalanması tərəflərin əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru addımlara start verdiyini sübut etmiş oldu.

Ümumiyyətlə, həm Zəngəzur dəhlizinin açılması ilə bağlı əldə olunan razılaşma, həm ATƏT-in Minsk qrupunun və eləcə də 907-ci düzəlişin ləğvi, həm də özündə faktiki olaraq konstitusiya dəyişikliyinin zəruriliyini ehtiva edən və bunu bir öhdəlik olaraq Ermənistan qarşısında qoyan üçtərəfli bəyanatın imzalanması həqiqətən də ölkəmiz üçün çox böyük uğur oldu. Azərbaycan Vaşinqton görüşündə bütün istədiklərini aldı və faktiki olaraq 44 günlük müharibədə hərbi cəhətdən əldə etdiyi qələbəni Vaşinqton səfəri ilə diplomatik və hüquqi baxımdan da rəsmiləşdirmiş oldu.

Görüşdə əldə edilən razılaşmaların praktik həllinə gəldikdə isə bu istiqamətdə hər hansı problemlərin ortaya çıxacağını düşünmürəm. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməkdən başqa yolu yoxdur, çünki əks halda bu, həm beynəlxalq birlik, xüsusilə də ABŞ qarşısında Ermənistanı olduqca çətin duruma sala bilər. Eyni zamanda bu öhdəliklərin icra olunmaması sülh sazişinin imzalanmasını mümkünsüz edəcək ki, bu da Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər.

Bunu Paşinyan hakimiyyəti də kifayət qədər yaxşı anladığı üçün düşünürəm ki, görüşdə əldə edilən razılaşmaların icrası istiqamətində Ermənistan tərəfindən konkret addımlar atılacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
sia.az

2Sources