EN

Dönər hansı halda təhlükəli ola bilər? (VİDEO)

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi bir daha ictimai iaşə sahəsindəçalışan sahibkarları qida təhlükəsizliyi qaydalarına ciddi əməletməyə çağırır.

Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, ilk növbədə dönər üçün istifadə olunan ət mütləqbaytarlıq-sanitariya ekspertizasından keçirilməlidir.

Dondurulmuş çiy dönərin donunun açıldığı andan bişirilməyəbaşlanmasına qədər olan müddət ərzində məhsulun saxlanması vədaşınması +1°C ilə +4°C temperatur intervalında həyata keçirilməlivə bu müddət ümumilikdə 8 saatdan artıq olmamalıdır. Qidaməhsullarının hazırlanması, saxlanması və təqdimatı zamanısanitar-gigiyenik normalara riayət edilməli, xüsusilə temperaturrejiminin qorunması təmin olunmalıdır. Qida bloku təmiz saxlanmalı,avadanlıqlar mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir.Çarpaz çirklənmənin qarşısı alınmalıdır. Bunun üçün çiy və bişmişməhsulların hazırlanma sahələri ayrılmalı, istifadə olunan alətlərvə iş səthləri fərqləndirilməlidir. İşçi heyətin mütəmadi tibbimüayinələrdən keçməsi və şəxsi gigiyena qaydalarına əməl etməsitəmin edilməlidir. Satış zamanı bişmiş dönərin temperaturu 65°С-dənaşağı olmamalıdır. Dönərlə birlikdə təqdim olunan sousların,mayonezin və tərəvəzlərin saxlanma rejiminə ciddi nəzarətedilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12saat ərzində istifadə edilməlidir.
AQTA istehlakçılara da müraciət edərək dönər alarkən satışşəraitinə, məhsulun hazırlanma qaydasına və ümumi sanitar vəziyyətədiqqət etməyi tövsiyə edir. Dönər hazırlayan şəxslər mütləq şəkildəbirdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli,həmçinin çarpaz çirklənmənin qarşısının alınması üçün həmin əlcəkləpul, ödəniş kartı, kassa aparatı, post terminalı və digər bu kimiəşyalara toxunmasına yol verilməməlidir. Dönər məhsulu hazırlandığıandan etibarən 1 saat ərzində istehlak edilməlidir.
İstehlakçılar ictimai iaşə obyektlərində bu məqamlara xüsusi diqqətyetirməli, hər hansı uyğunsuzluq və ya gigiyenik norma pozuntusuaşkar etdikdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumatverməlidirlər. Eyni zamanda, Agentlik tərəfindən hazırlanmışməlumatlandırıcı posterlər bütün dönər istehsalı və satışı iləməşğul olan ictimai iaşə müəssisələrində istehlakçıların asangörəcəyi yerlərdə yerləşdirilməlidir. Qaydalara əməl olunmamasıistehlakçı sağlamlığı üçün ciddi risklər yarada bilər.

Məqalədə:
Chosen
44
9
az.trend.az

10Sources