Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Siyahıda ikisi qapıçı olmaqla ümumilikdə 14 oyunçu yer alıb:
Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli;
Oyunçular: 7. Xəzər Ağalızadə, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 98. Karlos Bertula, 10. Perruzo, 49. Covanni, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 9. Alleks Rezende, 15. Aleks Teyşeyra.
Xatırladaq ki, “Araz-Naxçıvan”ın yer aldığı qrupun oyunları Avstriyanın Lins şəhərində keçiriləcək. Komanda avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, bir gün sonra Şotlandiyanın “PYF Saltires” komandası ilə üz-üzə gələcək. Avqustun 30-da isə yerli “Lyuti Krayişniçi” komandası ilə qarşılaşma baş tutacaq.