EN

Şəmkirdəki həmin dönərxana bağlandı

Xəbər verdiyimiz kimi, Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Faktla bağlı Azərbayan Qida Təhlükəsizliyi Agentliyindən "Cebheinfo.az"-a  bildirilib ki, hazırda məsələ araşdırılır.

“Agentliyin “1003-Çağrı Mərkəzi”nə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir”, - məlumatda qeyd olunub.

"Cebheinfo.az" 

Chosen
76
11
cebheinfo.az

10Sources