EN

“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Bakının Nizami rayonunda əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək. SİA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka/banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.

Festival 23 avqustda saat 16:00-dan 18:00-dək Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında keçiriləcək.

Chosen
14
11
sia.az

10Sources