AZ

Nizami rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Bakı, 21 avqust, AZƏRTAC

Əhalinin tullantıların düzgün idarəolunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq edilməsi məqsədilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakının Nizami rayonunda təşkil olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, festival avqustun 23-də saat 16:00-dan 18:00-dək Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında (metronun “Qara Qarayev” stansiyasının yaxınlığı, “Sevinc Mall”un qarşısı) keçiriləcək.

ETSN-in təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka və ya banka, 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.

Qeyd edək ki, maraqlı interaktiv tədbirlərin də yer alacağı festivalda vətəndaşlar tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərlər.

Seçilən
12
14
azertag.az

10Mənbələr