Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 19 ölkəyə 14 milyon 470 min 571,55 ton həcmində neft ixrac olunub.
Bu barədə Bakues.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Portuqaliya və Rumıniya daxil olub.
Bu ilin 7 ayında Azərbaycan İtaliyaya 4 milyard 424 milyon 208,27 min ABŞ dolları dəyərində 8 milyon 431 min 427,82 ton, Çexiyaya 547 milyon 91,18 min ABŞ dolları dəyərində 1 milyon 27 min 599,56 ton, Xorvatiyaya 450 milyon 838,01 min ABŞ dolları dəyərində 827 min 707,93 ton xam neft ixrac edib. Portuqaliyaya 385 milyon 76,01 min ABŞ dolları dəyərində 714 min 269,12 ton və Rumıniyaya 378 milyon 39,37 min ABŞ dolları məbləğində 685 min 972,26 ton neft tədarük edilib.
Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin yanvar-iyul ayları ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:
â„–
Ölkələr
Miqdar (ton)
2024-cü ilin yanvar-iyul aylarına nisbətən
Statistik dəyər (min ABŞ dolları)
2024-cü ilin yanvar-iyul aylarına nisbətən
1
İtaliya
8 431 427,82
+48,7 %
4 424 208,27
+22,9 %
2
Çexiya
1 027 599,56
+9,1 %
547 091,18
-8,4 %
3
Xorvatiya
827 707,93
-4,5 %
450 838,01
-17,6 %
4
Portuqaliya
714 269,12
+11,6 %
385 076,01
-4,8 %
5
Rumıniya
685 972,26
+58,2 %
378 039,37
+40,4 %
6
Almaniya
661 678,87
+24,8 %
356 684,67
+2,4 %
7
Böyük Britaniya
459 741,47
-29,2 %
212 815,03
-45,6 %
8
İrlandiya
331 558,01
-*
174 262,24
-*
9
Yunanıstan
232 396,39
+1,8 %
128 990,34
-10,9 %
10
Niderland
223 330,7
+32,2 %
126 482,41
+18,4 %
11
Tailand
137 785,75
-63,4 %
75 910,84
-67,6 %
12
İndoneziya
130 925,36
-38 %
72 131,22
-44,5 %
13
Tunis
125 674,35
-51 %
67 934,47
-58,6 %
14
İsveçrə
89 696,92
-*
53 857,85
-*
15
Danimarka
88 157,38
-*
49 689,27
-*
16
Bolqarıstan
79 260,85
-*
48 231,11
-*
17
Avstriya
90 177,31
-*
42 664,79
-*
18
Fransa
81 701,93
-8,9 %
41 316,86
-27,6 %
19
Türkiyə
51 509,56
5,2 dəfə
24 006,16
6,2 dəfə
Cəmi
14 470 571,55
-1,5 %
7 660 230,09
-17 %
-* Ötən ilin eyni dövründə tədarük olmayıb.