BAKI, 21 avqust. TELEQRAF
Xaçmaz rayonunun Nabran kəndində yanğın olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 500 m² (hər mərtəbəsi 250 m²) olan ikimərtəbəli taxta və dəmir konstruksiyadan ibarət kottec yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.