Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı anlaşma memorandumunu ləğv edib.
Â
Senzor.az bildirir ki, bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk Telegram kanalında məlumat verib.
Â
"Ukrayna hökuməti ilə İran İslam Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı 15 mart 1993-cü ildə Kiyevdə imzalanmış anlaşma memorandumu ləğv edilib", - nümayəndə yazıb.
Â
Xatırladaq ki, 2024-cü ilin noyabrında Kiyev Tehranla 1993-cü ildə imzalanmış hava əlaqəsi haqqında sazişini də ləğv edib. Ukrayna İranı münaqişədə Rusiyaya yardım göstərməkdə ittiham edir.