EN

Neftçi də dəyişikliklər: yeni baş məşqçi açıqlanıb

ain.az bildirir, Idman.biz portalına istinadən.

Futzal üzrə Azərbaycan Yüksək Liqasında ötən mövsümü üçüncü pillədə başa vuran “Neftçi” İK yay transfer dövründə heyətində dəyişikliklər edib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Baş məşqçi postunda İlkin Hacıyevi Fuad Rzayevlə əvəzləyən “ağ-qaralar” Namiq Məmmədkərimov, Eldar Zeynalov, Mirzə Əmirov, Adil İsmayılov, Zaur Həsənov, Xətai Bağırov, İsa Atayev və Seymur Məmmədovla yollarını ayırıb.

Əvəzində “Baku Fire”dən Nihat İsmayılov, Kamran Hacıyev, Tofiq Əliyev komandaya cəlb edilib. Yerli futzalçılarla bərabər legioner axtarışını da davam etdirən paytaxt klubu Dias Ramos Lukas və Senciel Miolli Allekslə ortaq məxrəcə gəlib.

Yaxın günlərdə bir neçə oyunçunun komandaya qoşulacağı gözlənilir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
11
icma.az

10Sources