“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi GPS izləmə avadanlıqlarının sazlanması, servis, aylıq və abunə haqqı xidmətlərinə 8 920 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, tələb kimi isə aylıq xidmətdə sim kart və minimum aylıq limitsiz internet paketin təchizatçı tərəfdən təmin olunması (157 ədəd), izləmə sisteminin xətasız 7/24 işləməsinin təmin edilməsi, monitorinq platformasının serverlərinin Azərbaycan Respublikasının ərazisində olması qoyulub.
Xidməti “Alkn Group” MMC göstərəcək.