EN

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Türkiyənin Kayseri şəhərində 44 nəfərin olduğu sərnişin avtobusunun ağaclara çırpılması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, hadisə sürücünün nəqliyyat vəsitəsinə nəzarəti itirdiyinə görə baş verib.

Hadisə yerinə polis, təcili tibbi yardım, yanğınsöndürmə və AFAD qrupları cəlb olunub.

Qəza nəticəsində yaralananlar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Chosen
150
50
apa.az

10Sources