Avqustun 20-də paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Senzor.az-a verilən məlumata görə, ilkin araşdırmalarla 1993-cü il təvəllüdlü Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, saxlanılan şəxs mərhumun bacısı oğludur, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunub...