EN

Yaponiya Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Yaponiyanın xarici işlər naziri Takesi İvaya Mərkəzi Asiyaya səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər 24-28 avqust tarixlərində reallaşdırılacaq.

İvaya səfər çərçivəsində özbək və qazax həmkarları ilə ölkələri arasındakı münasibətlər ətrafında müzakirələr aparacaq, "Mərkəzi Asiya üstəgəl Yaponiya" dialoq formatının keçirilməsinə dair təkliflərlə çıxış edəcək.

XİN başçısı Özbəkistanın Səmərqənd şəhərini də ziyarət edəcək.

Bildirilib ki, Yaponiya Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Chosen
14
48
report.az

10Sources