EN

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

DDLA-dan Bizim.Media-ya bildirilib ki, xəbərdarlığa əsasən, avqustun 21-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi avqustun 22-si gündüzədək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Bizim.Media

Chosen
36
27
bizim.media

10Sources