“Qarabağ”la oyundakı səhvləri təhlil edəcəyik".
Sportinfo.az xəbər verir ki, bu sözləri “Ferensvaroş”un futbolçusu Aleks Tot Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a uduzduqları ilk oyundan (1:3) sonra deyib.
O, Ağdam təmsilçisinin əlinə düşən qol fürsətlərini yaxşı dəyərləndirib:
“Öz səhvlərimizdən rəqibin üç qol vurmasına imkan yaratdıq. Cavab oyununda şansımız var. Komandamıza güvənirəm”.
Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.