20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.
Onlardan 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.
15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***
Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi açıqlanıb.
News24.az APA-ya istinadən xəbər verir ki, zərərçəkənlər bunlardır:
1991-ci il təvəllüdlü V. Hüseynov
2019-cu il təvəllüdlü D. Bayramlı
2014-cü il təvəllüdlü X. Abbasova
1987-ci il təvəllüdlü G. Babayeva
2020-ci il təvəllüdlü Ö. Abbasov
2011-ci il təvəllüdlü Ş. Babayeva
2013-cü il təvəllüdlü Q. Babayev
2016-cı il təvəllüdlü H. İsmayılov
2022-ci il təvəllüdlü A. Hüseynova
2005-ci il təvəllüdlü N. Nağıyeva
2002-ci il təvəllüdlü A. Muradov
2019-cu il təvəllüdlü S. İsmayılov
1978-ci il təvəllüdlü E. Muradova
2020-ci il təvəllüdlü A. Qurbanova
1986-cı il təvəllüdlü G. İsmayılova
1998-ci il təvəllüdlü A. Vəlizadə
1996-cı il təvəllüdlü T. Süleymanova
1975-ci il təvəllüdlü R. Əhmədova
1986-cı il təvəllüdlü G. Bayramlı
N. Süleymanlı
Məlumata görə, zəhərlənən şəxslərin vəziyyəti hazırda normaldır.
***
Şəmkir rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
News24.az APA-ya istinadən xəbər verir ki, 20-dən çox şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, zəhərlənmə dönərdən qaynaqlanıb.