EN

İtaliya klubu Monteneqro millisinin futbolçusunu heyətinə qatıb

İtaliya A Seriyası təmsilçisi "Atalanta" Monteneqro millisinin üzvü Nikola Krstoviçi transfer edib.

"Report" xəbər verir ki, bu barədə Berqamo klubunun mətbuat xidməti məlumat yayıb.

Son olaraq "Leççe"nin (İtaliya) formasını geyinən hücumçunun transfer qiyməti 25 milyon avro təşkil edib.

Qeyd edək ki, Nikola Krstoviç ötən mövsüm 37 oyunda 11 qol vurub.

Chosen
18
1
report.az

2Sources