EN

Qonşu ölkədə yarım saat ərzində iki zəlzələ oldu

Bu gün Gürcüstanda yarım saat ərzində iki zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Milli Yer Elmləri və Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, maqnitudası 3,8 bal gücündə olan ilk yeraltı təkanlar  Senaki şəhərindən 9 km şimal-şərqdə, Qahomela kəndində baş verib.

Bir qədər sonra Saqunio kəndində 3,5 bal gücündə zəlzələ qeydə alınıb.

Chosen
126
8
news24.az

10Sources