Tovuzda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.
Belə ki, bir ailənin 5 üzvü yedikləri dönərdən zəhərlənib. Zəhərlənən şəxslər təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdiriliblər.