EN

Muğan rayonlarının üzüm bağlarında ziyanvericilər yayılıb

 Biləsuvar və Cəlilabad rayonlarında hazırda üzüm yığımı aparılır. Fermerlərin sözlərinə görə, ziyanvericilərin təsiri nəticəsində məhsuldarlıq qismən aşağı düşüb.

Biləsuvar Bitki Mühafizə və Fumiqasiya Mərkəzindən Demokrat.az-a bildirilib ki, rayon ərazisində yalnız meyvə bağlarında deyil, taxıl, bostan-tərəvəz və yem bitkiləri sahələrində də mütəmadi monitorinqlər aparılır.

Üzüm sahələrində, eyni zamanda bütün kənd təsərrüfatı bitkilərində xəstəlik və ziyanvericilər mövcuddur. Üzüm bitkisində ən çox yayılmış xəstəlik mildium və omidiumdur. Ən çox çiçəkləmə dövründən qabaqkı mərhələlərdə mildium xəstəliyinə rast gəlinir. Omidium xəstəliyi isə hazırkı dövrə kimi müşahidə olunur. Sözügedən xəstəliklərin qarşısını almaq üçün kükürd tərkibli birləşmələrdən istifadə olunur.

Chosen
35
4
demokrat.az

5Sources