EN

Niderland Polşaya HHM sistemləri göndərərək bu ölkədə hərbi kontingent yerləşdirəcək

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Niderland Polşaya hava hücumundan müdafiə (HHM) sistemləri göndərəcək və ölkə ərazisində 300 hərbçidən ibarət kontingent yerləşdirəcək.

APA xəbər verir ki, bu barədə Niderland Krallığının müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans "X" hesabında yazıb.

“Niderland Polşaya HHM vasitələri təqdim edəcək. "Patriot" və "NASAMS" batareyaları, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri və 300 hərbçidən ibarət kontingent vasitəsilə biz NATO ərazisinin müdafiəsi və Ukraynaya dəstək üçün qabaqcıl imkanlar təqdim edəcəyik”, - Brekelmasn vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
57
2
apa.az

3Sources